Türkiyə böyük faciədən döndü: Azərbaycanlının ifadəsi

Türkiyə böyük faciədən döndü: Azərbaycanlının ifadəsi

Türkiyənin paytaxtı Ankaranın Etimesqut səmtinin Yapraqcıq məhəlləsində polis tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxtda terror aktları törətməyə çalışan İŞİD qruplaşmasının 2 üzvü məhv edilib.
Ankara valisi Ərcan Topaca terrorçuların yaşadığı mənzilə baxış keçirib və tədqiqatçılardan məlumat alıb.
O bildirib ki, yaxalanan azərbaycanlı terrorçunun ifadələri əsasında əməliyyat keçirilib:
"İstanbuldan izinə düşdüyümüz azərbaycanlı terrorçunun İŞİD üzvü olduğu müəyyən edilib. Son günlər müntəzəm olaraq avtomobil kirayələməsi və Ankaraya gəlməsindən şübhələnilib. Onun paytaxta 2 nəfər gətirməsi də müəyyən edilib. İŞİD üzvü olan bu şəxsin ifadəsindən sonra hüquq-mühafizə orqanları təcili şəkildə əməliyyat keçirərək həmin 2 terrorçunu zərərsizləşdirib”.
Vali onu da əlavə edib ki, terrorçulardan qaldığı mənzildən xeyli silah-sursat da tapılaraq istintaqa təhvil verilib.(Axar.az)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt