Əfqanıstanda silahlılar televiziyaya hücum edib, ölənlər var

Əfqanıstanda silahlılar televiziyaya hücum edib, ölənlər var

Əfqanıstanın Cəlalabad şəhərində (Nanqarxar əyaləti) silahlılar dövlət televiziyasının binasına hücum edib.
 Reuters agentliyinə istinadən verilən xəbərə gorə, hadisə nəticəsində 4-ü televiziya əməkdaşı olmaqla 6 nəfər ölüb, 18 dinc sakin yaralanıb.
Hadisə yerinə cəlb edilən Əfqanıstan təhlükəsizlik qüvvələri dörd saatlıq döyüşdən sonra silahlıları zərərsizləşdirib. Məlumata əsasən, hücumu həyata keçirən üç nəfərdən 2-si öldürülüb, daha 1-i yaxalanıb.
Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt