Bakıda eyni ünvanda iki yol qəzası baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. "Mercedes” markalı, 90 EN 378 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan "VAZ-2106” markalı, 10 BV 098 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə avtomobillərdə olan 4 qadın, və 1 azyaşlı xəsarət alıb.
Hadisədən bir müddət sonra həmin ərazidə "Opel” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.