«OKA» piyada keçidinin sütununa çırpılıb, ölən və yaralanan var

«OKA»  piyada keçidinin sütununa çırpılıb, ölən və yaralanan var

Bakının Xətai rayonu, Nobel prospektində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 «OKA» markalı avtomobil yoldan çıxaraq yerüstü piyada keçidinin sütununa çırpılıb. Hadisə zamanı avtomobilin sürücüsü 1968-ci il təvəllüdlü Qarayev Fərahim Nazim oğlu və sərnişini, 37 yaşlı Abbasova Alidə Abbas qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xəsarət alanlar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər. Sürücü F. Qarayev xəstəxanada dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır. 

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt