Bakıda vəzifəli şəxs iş otağında öldü

Bakıda vəzifəli şəxs iş otağında öldü
Bakıda xarici ölkə vətəndaşı iş yerində ölüb.
Neftçilər prospekti 67 ünvanında yerləşən "Permasteelisa Qrup" şirkətində müqavilə əsasında sahə rəisi işləyən və Neftçilər prospekti ev 131, mənzil 36-da kirayə yaşayan 1966-cı il təvəllüdlü, Xorvatiya vətəndaşı Barisic Bosilko Hrvatsko iş otağında ölüb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyənləşib.
Qeyd edək ki, xorvatiyalı mühəndis Bakıda "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin tikintisində çalışırmış.(lent.az)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt