Xaçmazda zəncirvari qəza - VİDEO

Xaçmazda zəncirvari qəza - VİDEO
Xaçmazda baş veren zəncirvari qəzada 4 avtomobil toqquşub.
ARB TV-yə istinadən xəbər verilir ki, əvvəlcə "VAZ 2106" və "QAZ 3110" markalı avtomobillər toqquşub.
Zərbənin gücündən "QAZ 3110" markalı avtomobil yolun kənarında dayanan, 2 "VAZ 2106" markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Mehman Babayev - "VAZ 2106"-nın sahibi: "Xəstəxanaya tələsirdim. 60 ya 70-lə gəlirdim. Qəfildən qabağıma çıxdı".
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

GUNAZ.az


скачать dle 12.1
Geri qayıt