Bakıda evə girən oğru gəlini xəstəxanalıq etdi

Bakıda evə girən oğru gəlini xəstəxanalıq etdi
Bakıda oğurluq hadisəsi baş verib.
Hadisə günorta saatlarında Binəqədi rayonu, İzlivnoy 1 küçəsində (Müşfiq DYP postunun yaxınlığı), fərdi yaşayış evində qeydə alınıb. Məmmədov Elxan Abbasəli oğluna məxsus evə daxil olan maskalı şəxs evdə olan gəlinə hücum edib. Naməlum şəxsin zərbələrindən ev sahibəsi ağır bədən xəsarətləri alıb. Bundan sonra maskalı şəxs evdə olan qızıl-zinət və digər əşyaları götürərək hadisə yerindən qaçıb. Maskalı şəxsin hücumuna məruz qalan gəlin isə xəstəxanaya yerləşdirilib.
Hazırda ərazidə polis tərəfindən araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt