Füzulidə tank əleyhinə mina tapılıb
Füzuli rayonunda tank əleyhinə mina tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, rayonunun Aşağı Kürdmahmudlu kəndi ərazisində əkin sahəsinə baxış keçirilib, 1 ədəd tank əleyhinə TM-62M minası aşkar edilib.
Daşınması mümkün olmadığına görə mina partlayış yolu ilə yerində zərərsizləşdirilib.