Sərhədi pozan silahlı şəxs zərərsizləşdirildi

Sərhədi pozan silahlı şəxs zərərsizləşdirildi
Mayın 1-də saat 21:30 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisində meşə massivində 1 nəfər silahlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.
Qusar rayon prokurorluğundan verilən məlumata görə, saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu 1991-ci il təvəllüdlü Elvin Məmmədyarov hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt