Türkiyənin İstanbul şəhərində mikroavtobus partlayıb. Yerli KİV-ə istinadən xəbərə görə, hadisə Pendik rayonunda baş verib.
Belə ki, Sabiha Gökçen hava limanı yolu ilə hərəkət edən özəl universitetlərdən birinə məxsus xidməti avtobusda qəfil partlayış baş verib.
Hadisə nəticəsində 7 tələbə yaralanıb. Hadisənin səbəbi hələlik bəlli deyil.(AzVision.az)