Almaniyanın Brühl şəhərində yaşayan türklərə qarşı çirkin kampaniya başladılıb. Xəbər verilir ki, evlərin poçt qutularına atılan və "Ərdoğanı dəstəkləyənlər, ölkəni tərk edin" kimi sözlər yazılmış məktublar gərginliyə səbəb olub.. 1974-ci ildən bəri burada yaşayan və eyni zamanda Almaniya vətəndaşı olan Xalis Özdoğan bu irqçi kampaniyanın onları çox narahat etdiyini söyləyib. O bildirib ki, məktublarda qorxuducu və toxunaqlı ifadələr yer alır.(Publika.az)