Ağstafada güclü külək: damlar uçdu, işıq kəsildi

Ağstafada güclü külək: damlar uçdu, işıq kəsildi
 Günorta saatlarından əsməyə başlayan güclü külək Ağstafa rayonunda fəsadlar törədib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun kəndlərində, əsasən də Poyluda bəzi evlərin dam örtüyü qismən dağılıb, elektrik naqilləri sıradan çıxıb və enerjinin verilişi 3 saata yaxın dayandırılıb.
Aidiyyəti qurumlar tərəfindən görülən işlər nəticəsində hazırda elektrik təsərrüfatında yaranmış problemlər aradan qaldırılıb və kəndlərdə enerjinin verilişi bərpa olunub. Küləyin sürətinin isə hazırda azaldığı bildirilir.
Ölkənin Qərb bölgəsində güclü külək bir neçə gündür davam edir. Hazırda Qazax, Tovuz, Daşkəsən və Şəmkir rayonlarında küləkli hava müşahidə olunur.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt