Tovuzda dövlət idarəsinin müdiri qətlə yetirilib

Tovuzda dövlət idarəsinin müdiri qətlə yetirilib
 Axşam saatlarında Tovuz rayonunda qətl hadisəsi törədilib.
"Report"un Qərb bürosunun məlumatına görə, qətlə yetirilən 1956-cı il təvəllüdlü Bayramova Raya Nəsrəddin qızı Dövlət Sığorta Agentliyi Tovuz rayon şöbəsinin müdiridir.
Onun kim tərəfindən və hansı şəraitdə qətlə yetirilməsi, hələlik məlum deyil.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt