Bakıda qadın ehtiyatsızlığının qurbanı olub. Hadisə Yasamal rayonu ərazisində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.