Ev yanıb: 6-sı uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb

Ev yanıb: 6-sı uşaq olmaqla 8 nəfərin meyiti aşkarlanıb
ABŞ-nin Miçiqan ştatında yaşayış evində baş verən yanğından sonra iki böyük və altı uşağın meyiti tapılıb.
GunAz.az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.
Polisin kapitanı Ceyk Sparks bildirib ki, ölənlərdən bəzilərinin bədənində güllə yaraları aşkarlanıb. Onun sözlərinə görə, həyatını itirənlərin hamısı eyni ailənin üzvləri olub.
Məlumata əsasən, ölən uşaqların yaşı 5-15 arasındadır.
Hazırda hadisə yerində mütəxəssislər işləyir. Ölümün dəqiq səbəbi və həlak olan şəxslərin kimliyi hələ müəyyən edilməyib.
скачать dle 12.1
Geri qayıt