Klinika rəhbəri jurnalistlərə hücum etdi - VİDEO

Klinika rəhbəri jurnalistlərə hücum etdi - VİDEO
Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən "Bioloji Təbabət" Klinikasının qarşısında hücuma məruz qalıb.
GunAz.az xəbər verir ki, canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq zoraklıq edib, çəkilişə mane olub.
Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığın bir hissəsini sındırdığı və operatora xəsarət yetirdiyi əks olunub.
Baku TV əməkdaşları baş verən hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.
скачать dle 12.1
Geri qayıt