Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatdı

Kəngərlidə avtoqəzada ölənlərin sayı ikiyə çatdı
Kəngərlidə baş verən avtoqəzada ölənlərin sayı ikiyə çatıb.
GunAz.az "Report"a istinadən xəbər verir ki, bu gün qəza zamanı xəsarət alanlardan biri – 1981-ci il təvəllüdlü Seyidova Rüqəyyə Bağır qızı isə müalicə aldığı Naxçıvan Muxtar Respublika Xəstəxanasında vəfat edib.
Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Gülşən Məmmədbağır qızı Məmmədova, 2009-cu il təvəllüdlü Aytac Əli qızı Seyidova, 1959-cu il təvəllüdlü Telli Alı qızı Quluzadə və 2023-cü il təvəllüdlü Araz Pərviz oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt