Ağdaşda QIZDIRMADAN ÖLƏN 46 yaşlı qadınla bağlı rəsmi AÇIQLAMA

Ağdaşda QIZDIRMADAN ÖLƏN 46 yaşlı qadınla bağlı rəsmi AÇIQLAMA
"Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1980-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş qızdırma, dəqiqləşdirilməmiş komatoz vəziyyəti diaqnozları təyin olunub".
Bu barədə GunAz.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, ona zəruri tibbi xidmətlər göstərilib:
"Lakin o, tibbi müdaxilələrə cavab verməyib və saat 19:30-da şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib".
скачать dle 12.1
Geri qayıt