Məktəb ekskursiyası faciə ilə nəticələndi: 17 yaşlı şagird boğuldu
Afrikanın Malavi ölkəsində məktəb ekskursiyası zamanı 17 yaşlı britaniyalı şagird boğularaq həyatını itirib.
GunAz.az "The Sun" qəzetinə istinadla xəbər verir ki, hadisə Monkey Bay bölgəsində baş verib.
Böyük Britaniyanın Hampton şəhərindən olan məktəblilər ekskursiya çərçivəsində gölə baş çəkiblər. Şagird Yucin Enok Kvon sinif yoldaşları ilə birlikdə Keyp Maklir yaxınlığında snorkeling (sualtı müşahidə üçün maska və boru ilə üzmə) edərkən itkin düşüb.
Hadisədən sonra polis və dalğıclar dərhal axtarışlara başlayıblar. Yeniyetmə su altında tapılaraq xəstəxanaya çatdırılıb.
Həkimlər onun boğulma nəticəsində həyatını itirdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
