Ağcabədidə ər arvadını bıçaqladı
Ağcabədi rayonunda ər və arvad bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.GunAz.az-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə ötən gün günorta saatlarında rayonun Ağabəyli kəndində baş verib.
İlkin məlumata görə, 1993-cü il təvəllüdlü Əlimərdan Ağayev ailə münaqişəsi zəminində əvvəlcə həyat yoldaşı, 1999-cu il təvəllüdlü Mehparə Ağayevaya bıçaqla ağır xəsarətlər yetirib. O, daha sonra həmin kəsici alətlə özünə də xəsarət vurub.
Hər iki şəxs xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunublar.
Faktla bağlı araşdırmalar davam etdirilir.
