Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı

Kəlbəcərdə çayda batan yeniyetmənin meyiti tapıldı
Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan yeniyetmənin meyti tapılıb.
Bu barədə GunAz.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, iyulun 12-si Levçay çayının Kəlbəcər rayonu, Çəpli kəndindən keçən hissəsində batan 2015-ci il təvəllüdlü Yaqub Zabil oğlu Abutalıbovun meyiti FHN-in xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, yeniyetmə su götürmək istəyərkən çaya düşüb.
скачать dle 12.1
Geri qayıt