Sabunçuda iki evdən pul və qızıl oğurlandı

Sabunçuda iki evdən pul və qızıl oğurlandı
Bakının Sabunçu rayonunda evlərdən birindən oğurluq edilib.
Aprelin 15-də rayon ərazisindəki evlərdən birindən 1000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə polisə məlumat daxil olub.
12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Cabir Cəfərov tutulub.
Daha bir oğurluq hadisəsi rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. 1966-cı il təvəllüdlü Nailə Hüseynovanın evindən 2000 manat, habelə 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri görülür.
Hər iki faktla bağlı cinayət işi başlanıb.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt