Zaqatalada qəza: Ölən var
Bu gün gecə saat 2 radələrində Zaqatala şəhəri ərazisində "Tofaş" və BMW markalı avtomobillər toqquşub.
GunAz.az-ın məlumatına görə, nəticədə "Tofaş"ın sürücüsü, 41 yaşlı Orxan Orucov xəstəxanada ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü, 30 yaşlı Əhməd Camalov xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
