Yaponiyada güclü zəlzələ oldu
Yaponiyanın cənub-qərb bölgəsində yerləşən Kume və Miyako adaları yaxınlığında 6.1 bal gücündə zəlzələ baş verib.
GunAz.az xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin yaydığı məlumata görə, yeraltı təkanların episentri okean dibinin dayaz hissəsində yerləşib. Zəlzələnin ocağının dəqiq dərinliyi isə hələlik müəyyənləşdirilməyib.
Zəlzələnin hiss olunduğu ərazilərdə turizm baxımından məşhur kurort hotelləri və müxtəlif istirahət obyektləri fəaliyyət göstərir. Miyako adasında eyni zamanda Yaponiya Silahlı Qüvvələrinə məxsus hərbi baza da yerləşir.
İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində sunami təhlükəsi elan edilməyib. Hadisə ilə bağlı ciddi dağıntılar və ya xəsarət alanlar barədə də hər hansı rəsmi məlumat verilməyib.Milli.az