Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
