Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü

Ehtiyata buraxılan mayor faciəvi şəkildə öldü
Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsinin iştirakçısı Miryusif Miriyev faciəvi şəkildə vəfat edib.
GunAz.az xəbər verir ki, o, Bakıda iş yerində baş verən partlayışda ağır xəsarət alıb və komaya düşüb.
M.Miriyev paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Qazi 25 gün komada qaldıqdan sonra iyulun 1-də vəfat edib.
Mərhum anadan olduğu Salyan rayonunun Xalac kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, 1978-ci il təvəllüdlü Miriyev Miryusif Miryavər oğlu “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
скачать dle 12.1
Geri qayıt