Ana və uşaq sığınacağına silahlı hücumda 6 nəfəri öldürülüb

Ana və uşaq sığınacağına silahlı hücumda 6 nəfəri öldürülüb
Almaniyanın şimalındakı Ştade şəhərində ana və uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqda baş verən silahlı hücum nəticəsində altı nəfər ölüb.
GunAz.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hücumu həyata keçirməkdə şübhəli bilinən 45 yaşlı kişi uşağın qəyyumluğu ilə bağlı mübahisə səbəbindən hadisəni törədib. O, hadisədən əvvəl sığınacaqda görüşdə iştirak edib və daha sonra günorta saatlarında atəş açmağa başlayıb.
Hücum nəticəsində dörd qadın və iki kişi həlak olub. Bildirilir ki, ölənlərin hamısı müəssisənin əməkdaşlarıdır. Beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxs, uşağın anası və daha bir qadın polis tərəfindən saxlanılıb. Rəsmilər hücumçunun üç aylıq qızının və onun anasının təhlükəsiz olduğunu açıqlayıblar.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hadisəyə münasibət bildirərək, "Qoruma təmin etməli olan bir məkanda bu qədər zorakılığın baş verməsi məni dərindən sarsıtdı", - deyə qeyd edib.
Polisin məlumatına görə, hücumçu Almaniyada doğulub və türk əsillidir. Hadisənin motivi və digər təfərrüatları araşdırılır.Teleqraf
скачать dle 12.1
Geri qayıt