Cəlilabadda ev yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb.
GunAz.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.
GunAz.az xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi tamamilə yanaraq kül olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Yanğın söndürülüb və alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
