Bakı-Şamaxı yolunda qəza- Yaralılar var

Bakı-Şamaxı yolunda qəza- Yaralılar var
Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 Hərəkətdə olan "Mercedes" markalı avtomobil yol ayrıcına çırpılaraq aşıb.
Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü və sərnişin ətrafdakıların köməkliyi ilə çıxarılaraq "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt