Diskotekada qumbara partlayıb, 36 nəfər yaralanıb

Diskotekada qumbara partlayıb, 36 nəfər yaralanıb
Kolumbiyanın Valye-del-Kauka departamentində diskotekada qumbaranın partlaması nəticəsində azı 36 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə hökumət nümayəndələri məlumat verib.
Onların məlumatına görə, yaralılardan dördünün vəziyyəti ağırdır.
Bildirilir ki, partlayış nəticəsində xəsarət alanlar şəkər qamışı qırmaqla məşğul olan kəndlilərdir. Baş verən hadisə ilə bağlı əsas fərziyyə döyüş sursatı ilə ehtiyatsız davranmaqdır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt