Qubada yol qəzası can aldı
GunAz.az xəbər verir ki, hadisə ötən gecə rayonun Atuc kəndi ərazisində qeydə alınıb. Avtomobil Yeni Güləzi kənd sakini, 34 yaşlı Bəhruz Alimovu vurub.
TƏBİB-dən bildirilib ki, 22 iyun saat 23:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Quba rayonu, Yeni Güləzi yolu istiqamətindən çağırış daxil olub. Hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadası tərəfindən 1992-ci il təvəllüdlü şəxsin xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
