Təmir işi faciə ilə bitdi
Cəlilabadda montyoru elektrik cərəyanı vurub.
GunAz.az-ın əldə etdiyi məlumata görə, hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub.
Xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
