Ağdərədə qəza: Üç nəfər xəsarət aldı

Ağdərədə qəza: Üç nəfər xəsarət aldı
Ağdərədə baş verən qəzada 3 nəfər xəsarət alıb.
GunAz.az xəbər verir ki, Ağayev İsa idarə etdiyi "Lada Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb.
Qəza hadisəsi rayonun Çardaqlı kəndində baş verib.
Qəza zamanı sürücü İ.Ağayev, sərnişinləri olan atası Bayram Ağayev və Samir Məmmədov ağır xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt