Qonaq getdiyi kənddə kanalda batdı
Beyləqanda 65 yaşlı kişi kanalda batıb.
GunAz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Eyvazallar kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Milabad kənd sakini, 1961-ci il təvəllüdlü Əhliman Hüseyn oğlu Sarıyev qızının evinə qonaq gedibmiş. Hadisə də məhz həmin kənddə olub.
Hazırda onun axtarışları gedir.
Faktla bağlı araşdırma aparılır.
