Gəncədə 63 yaşlı kişi qətlə yetirilib
Gəncədə 1963-cü il təvəllüdlü F. Əliyev bıçaqlanaraq qətlə yetirilib.
GunAz.az-ın məlumatına görə, baş verən cinayət zamanı qətlə yetirilən şəxsin oğlu 2005-ci il təvəllüdlü Elşən Əliyev bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən verilən məlumata görə, 2005-ci il təvəllüdlü şəxs (kişi) iyunun 12-də saat 00:40 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Sağ döş qəfəsinin kəsilmiş, deşilmiş yarası, sağ boyonun və sağ biləyin deşilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent ambulator müalicə üçün evə buraxılıb".
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 29 yaşlı Ramazan Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hər iki şəxs qohum olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
