Marketə bıçaqlı basqın edən şəxs saxlanılıb

Marketə bıçaqlı basqın edən şəxs saxlanılıb
Goranboy rayonunda marketlərdən birində quldurluq əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
GunAz.az xəbər verir ki, naməlum maskalı şəxs marketə daxil olaraq satıcını kəsici alətlə hədələyib və kassada olan 410 manatı götürərək hadisə yerindən qaçıb.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Uğur Tağıyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxsin marketə daxil olması, kassadakı pulu ələ keçirməsi və daha sonra ərazidən uzaqlaşması təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
скачать dle 12.1
Geri qayıt