Gəmidə sağ qalan Lənkəran sakini açıqlama verdi - VİDEO
Azov dənizində PUA ilə vurulan gəmidə sağ qalan Lənkəran sakini Elməddin Axundzadə ailəsinə qovuşub. Çətin anlarda dövlətin onlara göstərdiyi dəstəyə görə öz təşəkkürünü bildirib.
GunAz.az-ın məlumatına görə, vurulan "Natra" gəmisində sağ qalan şəxs, gəminin elektriki, əslən Lənkəranın Boladi kəndindən olan Elməddin Axundzadə hadisə anını danışıb.
Elməddin və gəmidə sağ qalanlar səhərə qədər həyacan içində xilas olmağı gözləyiblər. Bu məqamda gəminin elektrik sistemini də söndürüblər ki, hər hansı təhlükə olmasın.
Elməddin Axundzadənin atası da gəmiçidir. Bu səbəbdən də gəmidə işləməyin nə dərəcədə ağır olduğunu bilir. Ata oğlunun sağ olduğunu biləndən sonra hadisə barədə ailəsinə məlumat verib.
Elməddin Axundzadənin sözlərinə görə, günorta saatlarında gəmiyə yan alan katerlər sağ qalanları və cəsədləri götürərək sahilə çıxarıblar.
Məlumata görə, 12 nəfər heyəti olan "Natra" gəmisi yüksüz olub. Gəmi yük götürmək üçün Türkiyə limanından Rusiyanın Rostov şəhərinə gedirmiş. Gəmiyə olunan dron hücumu nəticəsində 2 nəfər - gəminin kapitanı Rəcəb Əhədov və 3-cü kapitanı Məhəmməd Əliyev həyatlarını itiriblər. Rəcəb Əhədov bu gün Neftçalada, Məhəmməd Əliyev isə Zaqatalada torpağa tapşırılıb.
Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.