Jurnalist güllələnərək öldürüldü

Jurnalist güllələnərək öldürüldü
Meksikanın Aşağı Cənubi Kaliforniya ştatında bir neçə internet xəbər portalı ilə əməkdaşlıq edən jurnalist Maksimino Palasios cümə günü canilərin hücumunun qurbanı olub.
 O, regionun paytaxtı La-Pas şəhərində qətlə yetirilib.
Palasios hadisə baş verən zaman yoldaşı ilə maşında olub. Onlar hərəkətdə olan digər avtomobilin içərisindəki bir qrup şəxs tərəfindən avtomat silahdan atəşə tutulublar. Yaşlı jurnalist azı 15 güllə yarası alıb. Onun həyat yoldaşı zərər çəkməyib.
Faktla bağlı araşdırmaya başlanılıb. (report)

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt