Bakıda 10 avtomobil toqquşdu
Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az Oxu.az-a istinadən bildirir ki,hadisə nəticəsində 10 nəqliyyat vasitəsi toqquşub.
Hadisə zamanı "Mercedes" markalı avtomobil, "Iveco" markalı sərnişin avtobusu, "Mercedes Viano" və "Ford Transit" avtomobillərinə maddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil.
