Tehran, İsfahan və Təbrizdə partlayış səsləri eşidilib

Tehran, İsfahan və Təbrizdə partlayış səsləri eşidilib
İranın paytaxtı Tehran, eləcə də İsfahan və Təbriz şəhərlərində partlayış səsləri eşidilib.
GunAz.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
"Müxtəlif nöqtələrdə, o cümlədən Tehran, Təbriz və İsfahanda bir neçə partlayış səsi eşidilir", - məlumatda qeyd olunub.
Hadisənin səbəbləri və mümkün nəticələri barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə qarşı həyata keçirilən zərbələrin hədəfinin Ramat-David hərbi aviabazası olduğunu bildirmişdi. Tehran həmin bazanın Livan ərazisinə hücumlar üçün istifadə edildiyini iddia edir.
İsrailin Kan dövlət teleradio şirkəti isə ölkə rəhbərliyinin İranın raket hücumuna cavab verməyə hazırlaşdığını xəbər vermişdi.
Bundan başqa, "Axios" portalının jurnalisti Barak Ravid ABŞ Prezidenti Donald Trampın İsrailin Baş naziri Benyamin Netanyahuya müraciət edərək İrana zərbə endirməkdən çəkinməsini istədiyini yazmışdı.
Daha sonra İsrail Müdafiə Ordusu (SAXAL) İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi obyektlərə aviazərbələr endirdiyini açıqlayıb.
скачать dle 12.1
Geri qayıt