Gəncədə yol qəzası baş verib, xəsarət alan var

Gəncədə yol qəzası baş verib, xəsarət alan var
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. 
Hadisə bu gün axşam saatlarında Nizami Gəncəvi prospektində qeydə alınıb. 
Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Xəstəxanaya aparılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt