İran ABŞ-nin hərbi bazalarına zərbə endirdi

İran ABŞ-nin hərbi bazalarına zərbə endirdi
İran Silahlı Qüvvələri ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazalarına raket zərbələri endirdiyini bəyan edib.
GunAz.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı açıqlamada bildirilib.
Məlumata görə, hücum ABŞ-nin Sirik və Keşm adalarına qarşı həyata keçirdiyi əməliyyatlara cavab olaraq təşkil edilib.
“ABŞ-ın Sirik və Keşm adalarına qarşı təcavüzünə cavab olaraq, regiondakı düşmən bazalarına raket zərbələri endirilib”, - deyə bəyanatda qeyd olunub.
İranın Mehr agentliyinin yaydığı məlumatda da SEPAH-ın bu açıqlamasına istinad edilir.
Hələlik hücumun nəticələri, hədəfə alınan bazaların dəqiq sayı və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.
скачать dle 12.1
Geri qayıt