136 yaşlı qadın vəfat etdi
Azərbaycanın ən yaşlı vətəndaşı hesab olunan Lənkəran rayon sakini Tamam Əli qızı Əzizova vəfat edib.
GunAz.az Teleqraf-a istinadla xəbər verir ki, 1890-cı il təvəllüdlü Tamam Əzizova müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
O, son beş gündə xəstəxananın reanimasiya şöbəsində ağır vəziyyətdə müalicə alırdı.
Qeyd edək ki, Tamam Əzizova gənc yaşlarında həyat yoldaşını itirib, dörd övladını təkbaşına böyüdərək ərsəyə çatdırıb.
Tamam Əzizova uzunömürlüləri ilə tanınan Lənkəran bölgəsinin ən yaşlı sakinlərindən biri sayılırdı.
