Göyçayda ağır qəza: Ölən və yaralanan var
Göyçay rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az xəbər verir ki, hadisə bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan "Opel" , KIA və "Chevrolet" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində avtomobillərdən birində olan yeniyetmə qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alan var.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
