Ağdaşda qəza: Ölən var
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
GunAz.az xəbər verir ki , hadisə bu gün saat 16 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolu keçən piyadanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
