Hind okeanında ABŞ İranla əlaqəli tankerİ ələ keçirdi

Hind okeanında ABŞ İranla əlaqəli tankerİ ələ keçirdi
ABŞ mayın 19-na keçən gecə Hind okeanında İran neftini daşıdığı ehtimal edilən "Skywave" tankerini saxlayıb.
GunAz.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb.
Bildirilib ki, tanker mart ayından etibarən ABŞ sanksiyaları altındadır. İzləmə məlumatlarına əsasən, gəmi Malakka boğazından keçərək Malayziyanın qərb istiqamətinə doğru hərəkət edib.
Brokerlər və "Lloyd's List Intelligence" məlumatları göstərir ki, tanker fevral ayında İranın Xark adasında bir milyon barreldən çox neft yükləmiş ola bilər.
скачать dle 12.1
Geri qayıt