Novxanıda hotel yanır

Novxanıda hotel yanır
Novxanı qəsəbəsində yerləşən məşhur "AF Hotel" istirahət mərkəzində güclü yanğın başlayıb.
Hadisənin miqyası getdikcə genişlənir və alov kompleksi bürüməkdədir.
GunAz.az xəbər verir ki, bu barədə  ətrafda yaşayan sakinlər məlumat verib. Onların sözlərinə görə, hotelin ərazisindən qəfil qara tüstü dumanı ucalmağa başlayıb və qısa müddətdə alov bütün binanı bürüyüb. Sakinlər qeyd ediblər ki, külək yanğının daha da sürətlə yayılmasına səbəb olur və ətrafa kəskin tüstü qoxusu yayılıb.

скачать dle 12.1
Geri qayıt