Mingəçevirdə yolu keçən piyadaları maşın vurdu
Mingəçevirdə maşın iki piyadanı vurub.
GunAz.az-ın məlumatına görə, "Ford tranzit" markalı avtomobil eyni anda yolu keçmək istəyən iki piyadanı vurub. Müxtəlif bədən xəsarəti alan piyadalar xəstəxanaya çatdırılıb. Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
