Abşeron və Binəqədidə oğurluq edən şəxslər saxlanıldı

Abşeron və Binəqədidə oğurluq edən şəxslər saxlanıldı
Abşeron rayonunda bir nəfərə məxsus 2300 manat dəyərində mobil telefon oğurlanıb.
Bu barədə GunAz.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı A.Abdullayev saxlanılıb.
Binəqədi rayonunda isə yeni tikilməkdə olan evlərin birindən təmir-tikinti alətləri və metal borular oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı N.Bağırov da saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1
Geri qayıt