Ağdamda 4 hərbçinin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI

Ağdamda 4 hərbçinin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATI
Ağdamda baş verən yol-nəqliyyat hadisəsinin  təfərrüatı məlum olub.
GunAz.az-ın məlumatına görə, Ağdam rayonu Çuxurməhlə kəndinin ərazisində Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü İsmayıl Abdulla oğlu Abbasovun idarə etdiyi VAZ-2106 markalı və Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Sadiq Rəfail oğlu Cəfərovun idarə etdiyi "Hyundai" toqquşub.
İ.Abbasov, sərnişinləri Ağdam rayon sakinləri - 1990-cı il təvəllüdlü Faiq Xanqulu oğlu Mehdiyev, 1989-cu il təvəllüdlü Saday Yaqub oğlu Qəhrəmanov, 2002-ci il təvəllüdlü Ruslan Ramiz oğlu Novruzov hadisə yerində ölüblər. 2005-ci il təvəllüdlü İsmayıl Zaur oğlu Xəlilzadə və S.Cəfərov xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Araşdırmalar rayon polis şöbəsində aparılır
Xatırladaq ki, mayın 10-da saat 10 radələrindəAğdam-Xankəndi yolunun Ağdam rayonunun Çuxurməhlə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, KIA və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


скачать dle 12.1
Geri qayıt